adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Iyul 2021 13:09
31250
ANALİZ
A- A+

N. Paşinyanın daxili və xarici siyasətində qisasçılıq meyilləri: Bu, yaxşı heç nə vəd etmir 

Son bir ayda Ermənistan hökümətinin yeritdiyi siyasət müxtəlif politoloq və hərbi, siyasi ekspertlərdə müəyyən fikirlər yaradıb.

Adalet.az xəbər verir ki, analitik qabliyyəti yüksək olan politoloqların fikrincə,   Paşinyan hakimiyyəti öz ampisiyalarından, erməni ictimaiyyətinə saxta vədlər verərək reytinqini yüksəltmək çabasından əl çəkməsə, ölkənin gələcəyi uçruma yuvarlana bilər. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə keçirilən birgə mətbuat konfransı zamanı Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanın Qarabağda və Ermənistan-Azərbaycan sərhədində yeni hərbi toqquşma yaratmaq niyyətində olduğu ilə bağlı sərsəm iddialar səsləndirməsi politoloqların narahatçılığını təsdiqləyib.

Bu tip analizləri sizin nəzərinizə çatdırırıq:

 

Xarici siyasət

 

Rusiyalı hərbi ekspert İqor Korotçenko:“Ermənistan Baş naziri Nikol Paşinyanın Fransa ilə siyasi flörtləşməsi özünə və ölkəsinə yaxşı heç nə vəd etmir.

Nikol Paşinyanın Fransa ilə ən yüksək səviyyədə siyasi flörtləşməsi, yaxşı bir şeyə səbəb olmayacaq. İrəvan Fransa hərbi kontingentini regiona dəvət etsə, bu, Paşinyanla Ermənistanın siyasi intiharı olacaq”,

Anti-Rusiya mövqeyi, eləcə də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının tərəfdarı kimi tanınan erməni siyasi strateq Armen Badalyan: “Ermənistanın xarici siyasəti yalnız baş nazir tərəfindən müəyyən edilir, lakin Armen Qriqoryanın Xarici İşlər Nazirliyinə təyin olunması bir növ ABŞ-a minnətdarlıq ifadəsidir. Mümkündür ki, bu vəzifəyə təyin olunduqdan sonra Rusiya ilə işləməkdə problemlər yaransın”.

Rusiyalı politoloq, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko: “Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyət təkcə Azərbaycanın Ermənistan tərəfindən təxribata çəkilməsi deyil, həm də Azərbaycan, Rusiya və Türkiyə dövlət başçıları tərəfindən yaradılmış və Ermənistanın baş naziri tərəfindən təsdiq edilmiş platformanın pozulması deməkdir. Milli maraqlar insanlar üzərində kommersiya və manipulyativ idarəetmə üsulundan üstün olmalıdır. Keçmişi unudub gələcək naminə çalışmaq lazımdır. Ermənistan qonşuları ilə sülh əldə edib düşmənçilikdən əməkdaşlığa keçərsə erməni xalqı sadəcə normal yaşamağa başlayacaq””.
 

Daxili siyasət

 

Qeyd etmək yerinə düşər ki, Ermənistan baş naziri Nikol Paşinyanın rəqiblərini sıradan çıxarmaq və onlardan intiqam almaq addımları davam edir.

Məsələn, Sisian şəhər meri Artur Sərksiyan həbs edilib. Ermənistan İstintaq Komitəsi Sisian merinə qarşı vəzifə səlahiyyətindən sui-istifadə və rəsmi şəxs tərəfindən qəsdən yalan məlumatlar yayma, saxtakarlıq maddələri üzrə cinayət işi başlayıb.

Məlumat üçün bildirək ki, Sisian şəhərinin də daxil olduğu Sünik (Zəngəzur) bölgəsinin beş icma rəhbəri həbs edilib. Mehri, Qacaran, Vorotan, Gorus rəhbəri barəsində cinayət işləri açılıb.

Erməni hüquq müdafiəçisi Larisa Alaverdyan Yerevanda keçirilən “Ermənistan Respublikasında siyasi və hüquqi çağırışlar” mövzusundakı konfransdakı çıxışında bunları deyib:

“Biz dövlət səviyyəsində dövlət terroru, ən yaxşı halda, psixoloji terrorla üz-üzəyik.

“Hazırda ölkəmizdə baş verən hadisələr yalnız insan hüquqlarının pozulması deyil, o hüquqlarla tamamilə zidd olan siyasətin adiləşməsidir”.

Ümid edirik, erməniçilik siyasəti Ermənistanı yenidən müharibə tərəfi olmağa sövq etməz.

 Əntiqə Rəşid

Digər Xəbərlər