adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Iyul 2021 16:07
15372
İQTİSADİYYAT
A- A+

Güzəştli kreditlər hesabına 1 009 yeni iş yerinin yaradılması nəzərdə tutulur - Nazir

2021-ci ilin yanvar-iyun ayları ərzində 546 investisiya layihəsinin maliyyələşdirilməsinə 36.6 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına investisiya layihələri üzrə 1 009 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Adalet.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında bildirib.

Nazir qeyd edib ki, bu müddət ərzində verilmiş kreditlərin 97,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Güzəştli kreditlərin 58,2%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 28,1%-i sənaye məhsullarının istehsalı və emalı, 13,7%-i digər sahələrə verilib.