adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Iyul 2021 14:16
41463
ŞOU-BİZNES
A- A+

Neslihanla Kadirin  evliliyi təhlükədə: “Serra” problemi bu evliliyi bitirəcəkmi?...

Məşhur Türkiyə aktrisası Neslihan Atagül cəmi 2-3 ay əvvəl  “L’officiel” jurnalının üz qabığı üçün obyektiv qarşısına keçib, müsahibə də verən Neslihan Kadir Doğulu ilə yaşadığı evlilik həyatından belə söz açmışdı:

“Qəbul etdiyim qərarlar məni daha da inkişaf etdirir. Həyatımda təəssüflənəcəyim heç bir hal baş verməyib. Atdığım hər addımın və qəbul etdiyim hər bir qərarın həyatımda böyük əhəmiyyəti var. Evliliyimdə sevgi ilə dostluğu birlikdə yaşayıram. Məncə, hər ikisi xoşbəxtlik üçün çox vacibdir. Bir-birimizin qədrini bilirik. Bəzən danışaraq, bəzən danışmadan anlaşırıq”.

 

Bu gün isə vəziyyət fərqlidir

 


Adalet.az Milliyet.com.tr saytına  istinadən xəbər verir ki,  aktrisa Neslihan Atagülün həyat yoldaşı Kadir Doğulu həmkarı "Aşkın tarifi" serialındakı Serra Arıtürklə səmimi vəziyyətdə görüntülənməsi aləmi bir-birinə qatıb. Həyat yoldaşı   həm də həmkar Neslihan Atagüllə “böyük eşq yaşadığı” nı tez-tez dilinə gətirən Kadir Doğulu sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. Mövzu ilə bağlı Türkiyənin ünlüləri də susmayıb. Model Dəfnə öz paylaşımında “biriləri Kadir Doğuluya evli olduğunu xatırlatsın” deyə yazdı. Aktrisa Çağla Şikel isə “Nə oldu “böyük eşq” Kadir? ” deyə paylaşım etdi. Aktyor bu iddialarla bağlı  açıqlama vermək zorunda qaldı.

 


Kadir  həmin görüntülərə görə "Həyat yoldaşınız necə münasibət bildirdi?" sualına problem yaşamadıqlarını deyərək cavablayıb:
"Neslihan evdədir. Ankaradan qonağımız var. Səhər mənim üçün yemək hazırladı. Hər şey qaydasındadır, əgər eşitmək istədiyiniz budursa".
Neslihan isə İnstaqram hesabında öz fotolarını paylaşaraq "Dayanın! Bir az güləcəyəm" şərhini yazıb.
Qeyd edək ki, Kadir Doğulu aktrisa Neslihan Atagüllə 2016-cı il iyul ayından ailəlidirlər.

 Əntiqə Rəşid

⁠