adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Iyul 2021 17:51
32851
ŞOU-BİZNES
A- A+

Xaricdə iki müğənnimiz koronavirusa yoluxdu: Vəziyyətləri...

Bu gün Azərbaycanda koronavirus əleyhinə 50 784 vaksin vurulub. Birinci mərhələdə peyvənd olunanların sayı 19 371, ikinci mərhələ üzrə 31 413 nəfərdir.


Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 159 298, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 494 551, ikinci mərhələ üzrə isə 1 664 747 nəfər təşkil edir. Bütün bunlar haqqında xəbəri Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.


Maraqlıdır ki, Azərbaycandan kənarda olan Azərbaycan vətəndaşları da yoluxurlar.


Adalet.az xəbər verir ki, müğənni Nigar Camal və müğənni Çinarə Məlikzadə yoluxanlar içərisindədir


Əvvəlcə Nigar Camaldan başlayaq: O, İngiltərədə karantinə alınıb. Sonra da bu haqda “Instagram” hesabında məlumat verib:
“Londona gələn kimi on gün müddətinə karantinə aldılar. Heç yerə çıxmaq olmaz!”.yazıb. Təbii ki, Nigarın izləyiciləri də ona şəfa diləyiblər!


Müğənni Çinarə Məlikzadə isə Türkiyəyə istirahətə gevirus onu orda yaxaladı. Beləki, koronavirus testi pozitiv çıxdı.
O bildirib ki, Türkiyənin Marmaris şəhərinə istirahətə yollanıb və orada koronavirusa yoluxub:
“İyun ayının 28-i istirahət üçün Marmarisə gəldim, ayın 5-i Bakıya dönməli idim. Uçuşa 1 gün qala koronavirus testi verdim və testin nəticəsi pozitiv çıxdı. Bu səbəbdən də 8 gündür ki, oteldə karantindəyəm”.
Müğənni özünü yaxşı hiss etdiyini deyib: “Pozitiv çıxandan sonra 2 dəfə test vermişəm və nəticə neqativ olub. Özümü yaxşı hiss edirəm. Ancaq Türkiyə qanunlarına görə hələ bir neçə gün də karantində qalmalıyam. Bu gün yenidən test götürəcəklər”.
Qeyd edək ki, iki il olar ki,  ifaçı Bodrumda 1 milyon lirəlik ev alıb.


Hər iki müğənniyə təcili sağalmağı arzu edirik!


Əntiqə Rəşid