adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Iyul 2021 10:55
38542
ANALİZ
A- A+

Nazirliklərin sosial şəbəkə izləyiciləri nə qədərdir? - ANALİZ

Artıq illərdir müxtəlif sosial şəbəkələr mövcuddur. Bu sosial şəbəkələr həyatımızın mühüm bir parçasını təşkil edir. İnformasiyaları daha tez, daha əlçatan şəkildə bu platformalardan əldə edirik. Hər bir TV-nin, qurumun, şirkətin, tanınmış adamların şəxsi hesablarıl olduğu kimi Nazirliklərin də səhifələri mövcuddur. Bəs yaxşı, Nazirliklər bu fürsəti necə dəyərləndirə bilir? Onların sosial şəbəkələrdəki səhifələri nə qədər izlənir?

Nazirliklərin “Facebook” və “Youtube” platformalarındakı səhifələrinin izlənmə statistikasını sizə təqdim edirik.

 

Youtube

Müdafiə Nazirliyi - 107 min

Təhsil Nazirliyi - 102 min

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 70 000

Daxili İşlər Nazirliyi – 21 900

Dövlət Təhlükəsizlik Xidməti – 18 500

Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti) – 11 600

Fövqəladə Hallar Nazirliyi‎ - 5 630

Səhiyyə Nazirliyi – 3 180

Ədliyyə Nazirliyi – 2 530

Gənclər və İdman Nazirliyi‎ - 2 490

Kənd Təsərrüfatı Nazirliyi – 2 080

Ekologiya və Təbii Sərvətlər Nazirliyi - 1 400

Mədəniyyət və Turizm Nazirliyi - 789

Xarici İşlər Nazirliyi - 733

İqtisadiyyat Nazirliyi – 506

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi‎ - 273

Müdafiə Sənayesi Nazirliyi – 144

Energetika Nazirliyi‎ - 91

Maliyyə Nazirliyi – 56

 

Facebook

Müdafiə Nazirliyi – 285 885

Təhsil Nazirliyi – 178 473

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 119 619

Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti) – 88 445

Daxili İşlər Nazirliyi – 77 109

Səhiyyə Nazirliyi – 58 726

Kənd Təsərrüfatı Nazirliyi – 57 769

Dövlət Təhlükəsizlik Xidməti – 34 917

Gənclər və İdman Nazirliyi‎ - 31 818

Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 25 855

Xarici İşlər Nazirliyi – 25 747

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi‎ - 21 508

Ədliyyə Nazirliyi – 20 467

Fövqəladə Hallar Nazirliyi‎ - 12 863

İqtisadiyyat Nazirliyi – 11 190

Mədəniyyət və Turizm Nazirliyi – 5 830

Müdafiə Sənayesi Nazirliyi – 5 101

Energetika Nazirliyi‎ - 3 990

Maliyyə Nazirliyi – 164

 

Hər iki siyahıda da ilk üç yeri Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bölüşür. Müdafiə Nazirliyinin birinci yerdə olmasını 44 günlük müharibə ilə əlaqələndirirəm. Və 44 günlük müharibədə nazirliyin hər iki səhifəsi həqiqətən çox gözəl işləyirdi. Digər iki nazirliyi isə bu siyahıda ilk üç yerdə qərar tutduğu üçün təbrik edirəm.

Hər iki siyahının axırlarında qərar tutan, xüsusən də youtube kimi geniş platformada 733 izləyicisi olan Xarici İşlər Nazirliyi görəsən nə düşünür? Öz ölkəsində çox yox, yüzcə min insana çıxa bilməyən Xarici İşlər Nazirliyi bizim dünyayla bu platformalar üzərindən əlaqəmizi necə təmin edəcək? 733 nəfər də yəqin nazirliyin öz işçiləridir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi‎nin youtube platformasındakı izləyici sayı isə 273 nəfərdir. Bu, məhz bu nazirlik üçün biabırçı göstəricidir. İnformasiya texnologiyaları ilə məşğul olan bir nazirliyin özünə ayrıca bir nazirlik lazımdır ki, onunla məşğul olsun.

Ümumilikdə isə ən yüksək nəticələri belə hesablasaq, əhalənin10 milyona yaxın olduğunu və onun da əksəriyyətinin internet istifadəçisi olmasını nəzərə alsaq, bu göstəricilər nazirliklər üçün çox bərbad göstəricidir.

Bununla bağlı ən bərbad göstəriciləri olan nazirliklər ilə əlaqə saxlayıb mövqelərini öyrənəcəyik.

Ümid edirəm ki, bu statistikadan sonra nazirliklər bu məsələ ilə bağlı ciddi işlər görəcəklər.

 

Eminquey

Digər Xəbərlər