adalet.az header logo
  • Bakı 16°C
11 Iyul 2021 11:24
42412
İDMAN
A- A+

Argentina 15-ci dəfə Amerika kubokunun qalibi oldu

Amerika kubokunun qalibi müəyyənləşib.

Adalet.az xəbər verir ki, final oyununda turnirin ev sahibi Braziliya və Argentina yığmaları qarşılaşıb. Matç Argentinanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 22-ci dəqiqədə Anxel di Mariya vurub.

Bununla da Argentina 28 ildən sonra yenidən turnirin kubokunu qazanıb. Bu, yığmanın tarixində 15-ci Amerika kuboku olub.