adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
10 Iyul 2021 16:41
39849
ANALİZ
A- A+

Dünyanın sirlərindən agah,  müəmma dolu Nikola Tesla  “Elektrikin Peyğəmbəri” -165

Həyatda hər kəsin öz sirri var. Lakin Yer üzündə elə insanlar da var ki, onlar bütün bəşəriyyətin sirlərini və ya zəruri olan müəmmaları bilirlər.
Amma təəssüf ki, onlar sirlərini özlərilə axirət dünyasına aparıblar. Həmin şəxslərin biri serb əsilli Amerika alimi Nikola Tesladır.

Adalet.az xəbər verir ki, bütün əsrlərin böyük alimi  Nikola Teslanın bu gün doğum günüdür.  Bakıda da heykəli qoyulan  Tesla 1856-cı il iyulun 10-da Avstriya İmperiyasının Smiljan qəsəbəsində dünyaya gələn Teslanın təhsil həyatı keşməkeşliolub. Atası Milutin Tesla Pravoslav serb keşişi, anası Corcina əsil-nəcabətli Midiç ailəsinin qızı idi. Keşiş olan Milutin Tesla hörmətli və savadlı adam kimi tanınırdı. Onun evində çox sayda kitab, o cümlədən təbiyyat elmlərinə dair irihəcmli qalın kitablar var idi. Nikola 8 yaşına çatanadək zəif və qətiyyətsiz uşaq idi. İstədiyi hər hansı məsələnin həllinə girişməsi üçün nə qüvvəsi, nə də cəsarəti çatırdı. O, heç bir səbəb olmadan ya şənlənir, ya da gəmlənirdi. Bədən ağrısı və ölüm haqqında düşüncələri özündən kənarlaşdıra bilmirdi. Onda güclü Allah xofu vardı. Gecələr gözünə görünən əcinələrdən, adamyeyən nəhənglərdən qorxurdu. Onları qovmaq təşəbbüsləri heç bir nəticə vermirdi.



Avstriyada müxtəlif məktəblərdə o cümlədən Qratz Universitetində təhsil alan Tesla 1884-cü ildə Nyu Yorka köçdü. Araşdırmalarına burada davam edən Nikola Teslanı  Rezerford onu “Elektrikin Peyğəmbəri” adlandırırdı. Hələ 24 yaşında ikən Tesla özünün dəyişən cərəyan ideyasını Praqa Universitetinin Peşl adlı professoruna söyləmişdi. Lakin professor onun bu ideyasına etinasız yanaşmışdı. Nəticədə Tesla öz bütün mülkiyyətini sataraq Tomas Edisonun yanına ABŞ-a yollanmışdı.  Tomas Edisonun bütün kəşfləri sabit cərəyana söykənirdi. Terslanın icad etdiyi dəyişən cərəyan sistemi Edisonun sabit cərəyan sisteminə nisbətən çox daha ucuz və əlverişli idi. Teslanın inkişaf etdirdiyi transformatorlar vasitəsi ilə elektriki incə kabellər üzərindən uzaq məsafələrə itkisiz daşımaq mümkün idi. Və o, Edisonla razılığa gələrək bu sistemi onun müəssisələrində də tətbiq  etdi. Edison bunun müqabilində Teslanı  50 min dollarla mükafatlandıracağını söyləsə də, sonradan bu pulu verməkdən imtina etdi. Bundan sonra Tesla  Edisonla yollarını ayırdı. Edison sözündən dönməklə qalmadı, həm də Teslanın bundan sonrakı elmi karyerasını pisləməyə, onu alçaltmağa başladı. Bu gün Teslanın bu qədər az tanınmasında Edisonun bu səylərinin də böyük payı var. Ən qəribəsi də odur ki, sonralar Tesla ixtiralarına görə “Edison mükafatı”na layiq  görüləcəkdi... Edison tərəfindən davamlı tənqid olunan birinə bundan daha pis bir mükafat ola bilməz. Radarın kəşfinə maneə törədən biri kimi yenə də Edisonun adı hallanır. 1-ci Dünya Müharibəsində ABŞ dövləti Alman dənizaltılarını təsbit edəcək bir sistem inkişaf etdirməyə çalışırdı və bunun üçün Edisondan kömək istəmişdi. Teslanın bu mövzudakı təklifi  enerji dalğalarını istifadə etmək oldu. Bu gün bu sistemə radar deyirik. Edison Teslanın təklifini təbii olaraq rədd etdi. Ona  fikrincə, bu, çox axmaq bir təklif idi. Bu səbəbdən də dünya radarın icadını 25 il gözləmək məcburiyyətində qaldı.


MEDİA onun haqqında nələr YAZIR

 

 

Qulyelmo Markonin adı həmişə radionun ixtirasında hallanmışdır. Ancaq  1931-ci ildə tamaşaçılara yeni fenomen nümayiş etdirən Tesla avtomobilinin mühərrikini çıxartdırıb yerinə elektromotor qoydurdu. Sonra da kapotun altına kiçik bir qutu bərkitdi. Sürücünün yerində əyləşib qazı basan kimi maşın hərəkətə gəldi. Tesla bu maşınla saatda 150 km sürətlə gedirdi. Maşında heç bir batareya, yaxud akkumulyatorun olmaması onun alim kolleqalarını son dərəcə təəccübləndirmişdi. Alimlərin "Enerjini haradan alırsan?" sualını Tesla "Əhatəsində olduğumuz efirdən" deyə cavablandırmışdı. Əgər o dövrün adamları Teslanın işini cin-şeytan əməli adlandırıb onu pərt etməsəydilər, indiki dövrdə biz benzin istifadə etmədən, daimi mühərrikli avtomobillərdə gəzə bilərdik. Tesla kütlənin belə bir münasibətindən hirslənərək anlaşılmaz qutunu maşından çıxararaq öz laboratoriyasına aparmışdı. Həmin qutunun sirri indiyədək açılmamışdır. İnsanların mənfi münasibətinə baxmayaraq, avtomobillərdə istifadə edilən ilk "spidometr"i icad etmək isə ona nəsib olub.
Nikola Tesla 1943-cü il yanvarın 7-də Nyu-Yorkda bir oteldə tək-tənha və olduqca kasıb, unudulmuş biri kimi həyata vida etdi. O, öz sirlərini özüylə apardı. Bəzi şayiələr də var ki, guya Tesla öləndən dərhal sonra bir xəfiyyə onun otağına girərək qeyd dəftərini oğurlayıb. Həmin şəxsin ən azından Teslanın həyatı ilə bağlı qəribə faktları aşkarlamaq niyyətinin olduğu bildirilir.


İxtiraçının məhv etdiyi dahi ixtira layihələri

 


Amma özü öz əlləri ilə beyninin məhsulu olan, dünyanın taleyini dəyişəcək , bizi 100-200 il qabağa apara biləcək o kəşfləri məhv etdi. Səbəb ixtiralarının həddən artıq möhtəşəm olması və ölüm silahı kimi istifadə edilməsindən qorxu idi. Bəzi ixtiraları isə neft maqnatları tərfindən məhv edildi, üzə çıxarılmasına imkan yaradılmadı.


Ölüm şüası


Nikola Tesla iddia edirdi ki, o 1930-cu ildə “ Tele Forse” adlanan ölüm şüasını kəşf edib. Onun yaratdığı qurğu intensiv enerji şüasını lazımi nöqtyə yönəltməklə düşməni məhv edə bilərdi. 322 kilometr radiusda var olan bütün canlıları yandırmaq qabiliyyətində olan şüa yayan qurğunu Tesla özü çəkiclə sındırıb, layihələrini də yandırdı.


Süni zəlzələ qurğusu


1998-ci ildə Tesla yaşadığı binanı yerindən tərpətməyi, hətta az qala dağıtmağı bacaran silkələyici qurğu düzəltdiyini iddia etdi. Bu qurğu istənilən ərazidə süni zəlzələ yarada bilirdi.Öz ixtirasının dağıdıcı gücünü görən alim onun insanlıq üçün fəlakətə dönəcəyini düşünərək, ixtirasını məhv etdi.Bəzi ekspertlərin fikrinə görə, Teslanın bu ixtirası ABŞ hökumətinin əlinə keçib və hələ də Alyaskada istifadə olunmaqdadır.


Hamı üçün pulsuz elektrik – Vordenklif qülləsi


1901-1902-ci illərdə Tesla JP Morgan şirkətinin maliyyə yardımı ilə Nyu- Yorkda elektrik xətləri olmadan enerji ötürməyi bacaran nəıhəng Vordenklif qülləsini tikdi. Morqan hesab edirdi ki, qüllə bütün dünya ilə xətsiz rabitə imkanı verəcək. Tesla isə onu pulsuz elektrik paylamaq üçün düşünmüşdü. Bu qüllə həmçinin Atlantik okean üzərindən İngiltərəyə, açıq dənizdəki gəmilərə telefon danışıqlarını ötürmək imkanı verəcəkdi.Yəni indiki texnologiyaların verdiyi imkanı 100 il öncə dahi fizik yaratmağı bacarmışdı.Lakin onun bu ideyası şirkət rəhbərlərinin xoşuna gəlmədi. Cəmiyyətin kömür və neftə ehtiyacı olmadan, elektriki də havayı əldə etmək imkanı bir çox milyarderləri narahat etdi və layihə 1906-cı ildə yarımçıq dayandırıldı.


Uçan boşqab


Nikola Tesla 1911-ci ildə “The New York Herald” qəzetinə Yerin cazibə qüvvəsinə tabe olmayan uçan aparat üzərində işləməsi barədə məlumat vermişdi.
“Mənim aparatımızn qanadları və propelleri olmayacaq. Onu yerdə görsəniz uça biləcəyini ağlınıza gətirməyəcəksiz. Bununla belə o, istənilən istiqamətə çox böyük sürətlə uça biləcək.Hava boşluqları ona təsir göstərməyəcək.Havada istənilən qədər asılı qala biləcək,hətta güclü küləklər belə ona təsir etməyəcək.Bu aparat digər uçan qurğulardan fərqli olacaq”,- deyə alim bildirmişdi. Azad enerjidən istifadə edəcək bu qurğunun taleyi də neft maqnatlarının qurbanına çevrildi.


Çox sürətli drijabl


Tesla elektrik cazibə qüvvəsinə malik drijabllarla yer səthindən 13 km yüksəkdə Nyu- Yorkdan Londona 3 saata uçmağın mümkünlüyünü iddia edirdi. O drijablının enerjini bir başa atmosferdən alacağını, yanacaq doldurmaq üçün dayanmaq ehtiyacı hiss etməyəcəyini demişdi.Bu layihə də özünə maliyyə tapa bilmədi. Bəzi nəzəriyyəçilər FTB-nin bu layihələri ələ keçirdiyini qeyd edirlər.


Əntiqə Rəşid

Digər Xəbərlər