adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
10 Iyul 2021 12:29
38496
HÜQUQ
A- A+

Polis rəisinin intiharı ilə bağlı cinayət işi başlanıb - Baş Prokurorluq

Bakıda polis rəisinin özünü öldürməsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
Hazırda iş üzrə istintaq davam edir.