Çağla, Kaan, Hadisə: Eşq üçbucağında kəsişən yollar
Hətta evlənmək haqqında belə planlar quran türkiyəli müğənni Hadisə və aktyor Kaan Yıldırım keçən həftələrdə təntənəli şəkildə ayrıldılar. Məsələyə uzun zamandır səssiz qalan cütlük sosial şəbəkədə bir-birini təqib etməyi də buraxdı.
Aktyor özü ayrılıqla bağlı jurnalistlərə açıqlama verdi. Xəbəri təsdiqlədi. Ayrılıq söhbərləri səngiməmiş aktyorun şəxsi həyatı barədə yeni bir iddia ortaya atıldı
Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, 34 yaşlı aktyorun 42 yaşlı model Çağla Şikel və dostları ilə eyni məkanda əylənərkən görülüblər. İddialara görə, Yıldırım ayrılıqdan sonra Çeşmedə tətilə yollanıb və burada Şikellə yaxınlaşıb. Hazırda sözügedən yerdə istirahət edən cütlüyün məkanlardan birində səmimi formada əyləndiyi bildirilir.
Qeyd edək ki, cütlük bundan əvvəl də başqa bir məkanda birlikdə görüntülənmişdi. Ardınca Çağla açıqlama verərək "Kaan Yıldırım dostumdur”, deyə bildirmişdi. Bu xəbərin ardından daha bir eşq bombası partladı. Hadisə ünlü iş adamı Mehmet Dinçerlerlə birliktə görüntüləndi. Bu görüntü həm də çox səmimi pozda idi.
Model Çağla Şikelin əvvəllər adı aparıcı Bəyazitlə hallanmışdı. Hətta onların ayrılıq xəbərini açıqlaması alan jurnalistə danışarkən kameranın gözü qarşısında Çağladan ağlamışdı.
Əntiqə Rəşid