adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Iyul 2021 15:00
31913
ANALİZ
A- A+

Separatçıların və Paşinyanın fərqli ordu islahatları: Üst-üstə düşməyən “dəyişiklik”lər...


⁠Bu gün “Joxovurd” qəzeti maraqlı bir iddia ilə çıxış edib:”İnqilabçı hökumət Ermənistanı Rusiyanın vassalına çevirib. Ermənistanda Rusiya təsirinin azaldılması və suverenliyi haqqında hamıdan çox qışqıran inqilabçı hökumətin özü Rusiyanın predmetinə çevrilib”.


Adalet.az xəbər verir ki, qəzet iddia edir ki,Nikol Paşinyan və ölkənin təhlükəsizlik gündəmini Rusiya diktə edir:” Əvəzində isə Ermənistan erməni ordusunun sayının azadılacağını elan edir” .

⁠Yadınızdadırsa,Qarabağdakı separatçı-terrorçu rejim aprelin 16-da qondarma “hərbi xidmət və hərbi qulluçuların statusu haqqında qanuna” dəyişiklik edib və müqavilə əsasında hərbi xidmət üçün nəzərdə tutulan 40 yaş həddi 55 yaşa qaldırılıb.
⁠Deməli, həmin dəyişikliyə əsasən 55 yaşa qədər erməni kişi və qadınlar separatçıların “peşəkar ordu” dediyi silahlı qruplaşmalarda əlinə silah alacaq. O da yadınızdadır ki, separatçılar silahlı qruplaşma yaratmaq niyyətini açıqlayıb və bu qruplaşmaya rəhbərlik edən Vitali Balasanyan bildirib ki, “peşəkar hərbi birliklər” yaratmaq istiqamətində iş gedir. Səbəb nədir soruşduqda, belə bir cavab ortaya çıxır: Qruplaşma erməni silahlı birləşmələrinin çıxarılmasından sonrakı dövr üçün nəzərdə tutulur. Canlı qüvvənin təmin edilməsinə hesablanan yaş həddinin artırılması isə çıxarılma prosesinin başlandığı, yaxud hazırlıq getdiyi ehtimalını önə çıxarır.


​ Amma deyəsən rəsmi Yerevanın bu sahədəki fikirləri balasanyankimilərin fikri ilə üst-üstə düşmür. Çünki, Nikol Paşinyanı seçkiqabağı təbliğatı dövründə “məğlub ermənilərin “dərdinə dərman olacaq” bir çox vədlər vermişdi ki, həmin vədlərin sırasında “orduda xidmət müddətinin azaldılması”nı da əlavə eləmişdi. N . Paşinyan fikrini belə əsaslandırır ki, hərbi xidməti cəlbedici etməli, müddəti azaltmalıyıq:”Gənclərin döyüş bacarıqlarına yiyələnməsi üçün hər 5 ildən bir üç aylıq təlim yetərlidir”.
​ Paşinyanın bu planlarına erməni ictimai xadim Rozi Mikayelyandan başqa heç bir erməni siyasi və hərbi politoloqları reaksiya vermədilər. Mikayelyan isə özünün “Facebook” səhifəsində:” “Həm onun keçmiş “yenilikçi fikirləri”, həm də bu açıqlaması fikir ayrılığı və çoxsaylı suallar yaradır. Zaman-zaman hərbi təlimlər keçmək nə deməkdir? Hansı prinsiplə?Müddətli hərbi xidmətin və ordunun azaldılması hesabına? Ən vacib sual: Niyə ölkə üçün həyati əhəmiyyətli suallara geniş cavablar olmur?Belə bir təəssürat var ki, hamı üçün birdir. Etinasızlıq və laqeydsizlik hissi onları hərəkətsiz edib”- deyə o qeyd edib.




​ Deyəsən, ölkə asta-asta Paşinyanın ordu islahatını anlamağa və etiraz etməyə başlayır. Hər halda “Joxovurd” un bu çıxışı bir işarə ola bilər.

Əntiqə Rəşid

Digər Xəbərlər