adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Iyul 2021 14:26
33833
ELM VƏ TƏHSİL
A- A+

BELƏ ADAM HEÇ MÜƏLLİMLİYƏ YARAMIR, NƏİNKİ  DİREKTORLUĞA 

Jurnalist Elşad Məmmədli Baş Prokurorun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisinə sosial şəbəkədə bir  müraciət  ünvanlayıb. Həmin  müraciəti  bizim  sayt da paylaşıb. Müraciəti mən də  oxudum. Söhbət Göyçay Peşə liseyinin 1 iyunadək direktoru olmuş Qabil Zeynalovun nəinki  direktor, hətta müəllim adına yaraşmayan hərəkətindən gedir. Hələ bu şəxs Peşə liseyinə rəhbər vəzifəsinə gələnədək 3 saylı məktəbin direktoru olub. Onun bütün  başqa hərəkətlərini  qoyuram  qırağa, yalnız bir məsələ məni maraqlandırır. Məhlədə futbol oynayan uşaqları  hədələyir, sonra da onların  əlindən  topu alıb bıçaqla partladır, küçə söyüşləri ilə təhqir edir, özü də  sərxoş vəziyyətdə.

Bu yəqin ki, onun  birinci hərəkəti deyil. Belə bir  şəxsi necə olub ki ,böyük bir  məktəbə, sonra da böyük bir  liseyə  direktor  təyin ediblər.  Onun  rəhbərlik etdiyi  təhsil ocaqlarındakı uşaqlar və gənclər ondan nə nümunə götürə bilərlər?

Görün təhsil naziri  övladlarımızın tərbiyəsini  kimə və kimlərə həvalə edir.