adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Iyul 2021 11:10
27615
ŞOU-BİZNES
A- A+

Türkiyə şou –biznesinin təzə gəlinləri: Handə və Zeynəb...

Türkiyədə elə bil yeni bir yarışma başladılıb.  

Hər gün toy –düyündür. Ötən gün iki məşhur sima ailə qurub.


Adalet.az  xəbər verir ki, 2020-ci ildən eşq yaşayan cütlük - aktyor İsmayıl Ege Şaşmaz məmləkəti Manisada sevgilisi Handə Ünalla nikah masasına əyləşib. Cütlüyün toyundan görüntülər sosial şəbəkədə yayılıb.

 

Zeynep Bastık da bu “yarışma”dan geri qalmayıb.


“Sana bayılıyorum” mahnısı ilə ürəklərdə taxt quran türkiyəli müğənni Zeynəb Bastık sevgilisi Tolqa Akışla nikah bağlayıb. Cütlüyün toyu axşam saatlarında Çeşmədə gerçəkləşib. 
 Özəl gecədə bəylə gəlini dostları tək buraxmayıb. Təntənəli toy mərasimi keçirilib. Demet Özdemir, Oğuzhan Koç, Ali Biçim, Aslı Bekiroğlu kimi məşhur simalar toy mərasimində iştirak edib və şənləniblər.


Qeyd edək ki, Zeynəb uzun müddət Tolğa  Akışla  sevgili olsa da evlilik qərarına anidən gəliblər.

Əntiqə Rəşid