adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Iyul 2021 12:32
27337
ŞOU-BİZNES
A- A+

Zümrüd ölümdən döndü: Avtomobil qəzasında həyatını  itirən şou-biznes nümayəndələri...

Aparıcı Zümrüd Bədəlova ⁠ İnstaqram hesabında paylaşım edib . O paylaşımında bildirib ki, özünü piss hiss etdiyi üçün avtombili yolun kənarında parklayıb:

⁠"Özümü yaxşı hiss etmədim və maşını sağda saxladım. Qırmızı avtomobilin sürücüsü bilmirəm yatmışdı, ya nə edirdisə, o boyda maşını görmədi.

⁠Şeytan özü gəlir tapır adamı. Burnum, alnım, üzüm getdikcə şişir, çatlayıb”. 
Son zamanlar məşhurların etdiyi avtomobil qəzaları xəbərləri gündəmi xeyli məşğul edib. Bir neçə gün əvvəl müğənni Nigar Camal avtomobil qəzası keçirmişdi. Hətta  tanımadığı maşını vurub aradan çıxmışdı. Düzdür, polislərimiz qəza törədən Nigarı tapmış əzdiyi maşının təmir edilməsini onun boynuna qoya bilmişdi.
 Amma avtomobillə zarafat etmək,onu sürərkən diqqəti azaltmamaq lazımdır.. Əks halda nəticələr çox ağır olar. 
 Qeyd edək ki, bir çox məşhurlarımız avtomobil  qəzasında dünyasını dəyişib. 

Adalet.az olaraq onları sizin diqqətinizə çatdırırıq:

Tanınmış reper Hüseyn Dərya avtomobil qəzasında həyatını itirib. O, Bakıda idarə etdiyi “Opel Astra” markalı avtomobildə qəzaya uğrayıb. Onu xəstəxanaya çatdırmaq mümkün olsa da, bir neçə gün sonra dünyasını dəyişib.

Meyxana ustadı Nizami Rəmzi meyxanaçı dostu Kəbir Azəri ilə birgə yol qəzası keçirib və hər iki meyxanaçı qəza zamanı həlak olublar.


Xalq artisti Teymur Mustafayevin oğlu Bakıxan Mustafayev faciəvi şəkildə həlak olub. Xalq artistinin oğlu idarə etdiyi "VAZ 21010" markalı avtomobilində müəmmalı şəkildə yanıb. B.Müstafayev qapını aça bilmədiyindən maşının içərisindəcə yanaraq ölüb.


Gənc müğənni Rəcəb Musayev idarə etdiyi “Mercedes” markalı avtomobillə qəzaya uğrayıb. “Yeni Ulduz” müsabiqəsinin qalibini xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Mahir tarzən, xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan yol qəzasında iki nəfər həyatını itirib, xalq artisti də daxil olmaqla, iki nəfər yaralanıb.

 32 yaşlı müğənni, Banu adı ilə məşhur olan Müşərrəf Zeynalova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “Opel” markalı minik avtomobili vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Müğənni 1967-ci il təvəllüdlü Aslan Hüseynova məxsus BMW markalı avtomobil qarşıda hərəkət edən “KamAZ” markalı yük avtomobili ilə toqquşub. 4 may 2021-ci ildə baş verən bu hadisədə avtomobilin sürücüsü Aslan Hüseynov vəfat edib.

Məsləhətimiz: Diqqətiniz sükanda, gözünüz yolda olsun! Çalışın qəza törətməyin! 

 Əntiqə Rəşid