adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Iyul 2021 10:08
15513
ANALİZ
A- A+

Xəzər dənizindən olan alovlu görüntülər palçıq vulkanı idimi?!

Xəzər dənizində baş vermiş palçıq vulkanının partlaması nəticəsində sosial şəbəkələrdə ortaya bir sıra söhbətlər çıxdı. Kimisi palçıq vulkanının belə olmadığını, kimisi də əvəzində neft-qaz yataqlarından birinin partladığını deyirdi. Bəs, əslində, o nə idi?

Adalet.az palçıq vulkanı haqqında məlumatları təqdim edir. 

Dünyada bilinən 1100-ə yaxın palçıq vulkanı var və bu palçıq vulkanlarının 36%-i, təxminən 400-ü Azərbaycanda və Xəzər dənizində yerləşir.

Xəritədə gördüyünüz yaşıl nöqtələr Xəzər dənizində yerləşən sualtı vulkanların, narıncı nöqtələr isə adalardakı vulkanların yerini göstərir.

- Palçıq vulkanlarının temperaturu makisumum 100°C dərəcə olur. Bu istilik ilə Xəzər dənizindəki dünənki böyük partlayış məntiqli və uyğun gəlmir. 8 dəqiqə davam edən bu partlayışı necə açıqlamaq olar?

- Rəsmi məlumatlara görə hər hansı bir neft-qaz yatağında heç bir partlayış olmayıb. Xəzər dənizində tərkibində həm palçıq, həm də yanıcı qaz olan yüksək konsentrasiyalara sahib palçıq vulkanları var.

- Alimlər palçıq vulkanlarının alovlanma səbəbini dəqiq bilmirlər və ən yaxın nəzəriyyə kimi bu fikri təqdim edirlər: Palçıq vulkanın püskürməsi zamanı yuxarı doğru itələnən qayalar bir-birinə çırpılaraq qığılcım yaradırlar və yuxarı qalxan yanıcı qazın alovlanmasına səbəb olurlar.

Orxan Saffari

 

Digər Xəbərlər