adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Iyul 2021 14:18
31366
ŞOU-BİZNES
A- A+

Qısqanclığ  səbəbilə Kırmızıgül döyüldü: Tufan nişanlısına görə

Adlı-sanlı mügənni Mahsun Kırmızıgülün həm ifasını, həm də ədəbini, əxlaqını bəyənməyən yoxdu. Baxmayaraq ki, Türkiyə şou-biznesində bir çox məşhurla bərabərlik yaşadı, amma heç vaxt onları alçaldacaq adi bir hərəkət belə etmədi. Amma onun oğlu Mahmud deyəsən insanlara fərqli yanaşır.

Olay günü

Ötən gün “Sən çal qapımı” serialından tanıdığımız aktrisa həmçinin müğənni Ayşe Akın iş adamı Tufan Doğanla nişanlandı.

Adalet.az- Türkiyə mediasına istinadən xəbər verir ki, mərasimdən sonra nişanlısı və dostları ilə əylənməyə gedən Ayşə məkanda dostu Mahmut Kırmızıgül ilə qarşılaşıb.

Mahmud da yəqin ki, özündə olmayıb ki, nişanlısı Tufan Doğanın yanında Ayşənin yanağını sığallayıb. Təbii ki. onun bu hərəkəti Tufana alçaldığı təsir bağışlayıb. Tufanda nişanlısını masaya apardıqdan sonra etməyib tənbəllik, əsəblərini cilovlaya bilmədiyi səbəbilə Mahmudun yanına qayıdır. Tufan onun yaxasına yapışıb “Sen kimsin” diyə soruşur və ona şillə vurur. Masada əyləşən Kırmızıgül yerə yıxılır. Restoran işçilərinin sayəsində tərəflər sakitləşdirilib.

Qeyd edək ki, vaxtı ilə Mahmudla Ayşənin arasında eşq yaşandığı yayılsa da sonradan onların yaxın dost olduğu ortaya çıxmışdı

Əntiqə Rəşid