adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Iyul 2021 09:18
43207
İDMAN
A- A+

Braziliya Amerika Kubokunun finalında

Futbol üzrə Amerika Kubokunun yarımfinal mərhələsi çərçivəsində Braziliya və Peru yığmaları qarşılaşıb.

Adalet.az-ın məlumatına görə, oyun Braziliya millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunda yeganə qolu 35-ci dəqiqədə Lukas Paketa vurub.

Qeyd edək ki, finalda braziliyalılar Argentina-Kolumbiya yarımfinalının qalibi ilə qarşılaşacaqlar. Final oyunun oyulun 11-i baş tutacaq.

İyulun 10-da isə Argentina-Kolumbiya oyununda məğlub olan tərəf üçüncü yer uğrunda perulularla oynacaq.