adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
05 Iyul 2021 17:32
36246
ƏDƏBİYYAT
A- A+

“Nizami Gəncəvi ili” münasibətilə şeir müsabiqəsi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Ağstafa Regional İdarəsinin və Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin birgə təşkilatçılığı ilə Qazax, Ağstafa və Tovuz rayonlarında yaşayıb-yaradan şairlər arasında “Nizami Gəncəvi ili” münasibətilə şeir müsabiqəsi keçirilmişdir.

Yaş və mövzü məhdudiyyəti qoyulmayan bu müsabiqə 2021-ci il iyunun 1-dən 30-dək davam etmişdir.

Müsabiqədə münsiflər heyəti 3 əsas və 3 həvəsləndirici mükafatların qaliblərini müəyyən etmişdir.

Ağstafada Yazıçılar Evində qaliblərə Nizami Gəncəvi adına diplom və hədiyyələr təqdim edilmişdir.

Müsabiqənin 3 əsas mükafatçısı İsa Cavadoğlu (1-ci yer), Səhlədar Hidayətoğlu (2-ci yer) və Rüfət Axundlu (3-cü yer) olmuşlar.

3 həvəsləndirici mükafata isə Nuranə Təbriz, Şirin Namazov və Məhəmməd Mehdi layiq görülmüşlər.

Mükafatların təqdimetmə mərasimində Ağstafa Regional Mədəniyyət İdarəsi və AYB Qazax bölməsinin rəhbərləri Elbəy Əli və Barat Vüsal diplom və hədiyyələri qaliblərə təqdim edib onları təbrik etmişlər.

Belə müsabiqələrin əhəmiyyəti haqqında şairlərdən Mustafa Rasimoğlu, Saqif Qaratorpaq, Məzahir Alıyev və Firdovsi Heydərli çıxış edərək öz fikirlərini bildirmişlər.