adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Iyul 2021 17:29
30724
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: DAN ÜZÜ 

(Yuxusuz gecəmin şeiri)

Çırpdı kipriklərin, qacdı  yuxusu 
Hər  kəsin ömrünə  güldü  dan  üzü...
Onun saçlarının cənnət  qoxusu -
Saralan  anıma  gəldi, dan üzü!..

Yalnız Allahdadı bu  güc, bu  fitrət
Duyulmur  baxışdan nə kin, nə küdrət...
Könlümü  ovudan ilahi  qüdrət-
Yaramı  oxşayan əldi, dan üzü...

Deyilən  fikirdi, yazılan  sözdü
Allah  göydən asan ocaqdı, közdü..
Vuruşdu, çarpışdı, sonacan  dözdü-.
Gecənin  bağrını  dəldi, dan üzü...

Seçir  bəxt  adamı, qədər  adamı...
Mən tənha, uğursuz   kədər adamı...
Görəsən içində  dedi. odamı -
Gəldin  sənin ilə, gəldi, dan üzü!

Çırpdı kipriklərin, qacdı  yuxusu 
Hər  kəsin ömrünə  güldü  dan  üzü...
Onun saçlarının cənnət  qoxusu -
Saralan  anıma  gəldi, dan üzü!..

Yalnız Allahdadı bu  güc, bu  fitrət
Duyulmur  baxışdan nə kin, nə küdrət...
Könlümü  ovudan ilahi  qüdrət-
Yaramı  oxşayan əldi, dan üzü...

Deyilən  fikirdi, yazılan  sözdü
Allah  göydən asan ocaqdı, közdü..
Vuruşdu, çarpışdı, sonacan  dözdü-.
Gecənin  bağrını  dəldi, dan üzü...

Seçir  bəxt  adamı, qədər  adamı...
Mən tənha, uğursuz   kədər adamı...
Görəsən içində  dedi. odamı -
Gəldin  sənin ilə, gəldi, dan üzü!