adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Iyul 2021 12:10
26736
ŞOU-BİZNES
A- A+

 Aparıcının boşanması ilə bağlı açıqlaması – O, kimin cavabını verdi ?

Ötən ilin elə bu günləri idi Vüsalə Əlizadənin "Reklamı ölən silikonlu gözəlçələr, Azərbaycanın adını batırmayın" sözləri gündəmə mərmi  kimi düşmüşdü .

Yadınızdadırsa, model  Afaq Aslanın  cavabı çox gecikmədi. Belə ki, Afaq instaqram hesabında post paylaşaraq Vusalənin ünvanına təhqirlər yağdırdı. O, fotosunu paylaşaraq:
"Sözüm burdan şərəfini, mənliyini, ləyaqətini və qürurunu itirmiş hansı yuvanın quşu oldugu bəlli olmayan , haqqımda bildi-bilmədi fikirlər səsləndirən şəxsiyyətsiz teleaparıcıyadır! Nəzərinə çatdırım ki, sən bu ölkədə haqqımda fikir səsləndirə biləcək və namusdan-qeyrətdən danışacaq ən axırıncı adam ola bilərsən mənim üçün bunu unutma! Allaha şükür mən hələki subay qızam , nə toyla büsatla ərə getməmişəm nə də ərim məni otel otaglarında , həcilərin baglarında, başqa yataqlarda tutub istifadəyə yarasız bir əşya kimi küçələrə atıb üstümə 2 arvad alıb mənə göz dağı verməyib! İkincisi sənin ürəyində zərrə qədər olsa vətən , torpaq sevgisi olsa Kim Kardaşyan kimi erməni qanı daşıyanların , Azərbaycanı dünyaya işgalçı bir dövlət kimi bəyan edənlərin qarşısında dilivi uzun eləyib haqq səsivi uzadarsan mənim qarşımda yox! Sənin kimi vətən , torpaq sevgisindən məhrum olmuşların dili elə ancaq öz vətəninin vətəndaşlarına uzana bilər! Allah bizi ilk növbədə özümüzü içimizdən yeyib bitirən sənin kimi qanı xarablardan sonra düşmənlərimizdən qorusun! İmkanın olanda keç bir aynanın qaşısına aylıq 800 manat aparıcılıq maaşıyla altımda sürdüyün "Porşe" ni və efirlərdə bəh-bəhnən reklam eləyib xalqın gözünə soxduğun bag evini hansı pullarnan və kimlərin hesabına almışam deyə özün özünə sual ver! Namusdan-qeyrətdən dəm vuran dilin mənim qarşımda uzansa da bəlkə vicdanın qarışında susar o zaman!" sözlərini yazıb aparıcını biabır etmişdi.

 Vüsalədən gecikmiş açıqlama


"Onun sirri" verilişində qonaq olan Vüsalə Əlizadə maraqlı bir açıqlama verib.  
Adalet.az xəbər verir ki, veriliş zamanı  ilk dəfə keçmiş həyat yoldaşı Azər Zahiddən boşanmasından danışan Vüsalə xanım ailəsinin dağılmaması üçün çox çaba göstərdiyini önə sürüb:
"Artıq 9 il olur ki, boşanmışıq. Diləyin bir yaşında ayrıldıq. İndiyə qədər mən o insanla bağlı heç vaxt heç yerdə bir xoşagəlməz ifadə, kəlmə belə işlətməmişəm. Hansısa bir məbləğ, milyon belə bu mövzuda məni danışdıra bilməz. Mən ad belə çəkmirəm. Mənə çox təzyiqlər olub. Çox adım yersiz hallanıb, təhqirli tərəflərlə hallanıb. Mən bu vaxta kimi susmuşam. Diləyə görə susmuşam. Bəlli deyəcəklərim də var. Sözüm də var. Hər şeyim bir arxivdir. Övladım vaxtı gələndə hər şeyi başa düşəcək. Ona görə bu haqda nəsə danışmaq istəmirəm. Onun da ailəsi var, həyatı var. Mən övladımla çox xoşbəxtəm. Yaxınlarım, qohumlarım, məni tanıyan hər kəs bilir ki, ailəmin dağılmasında mənim bir qram səhvim olmayıb. Sadəcə biz anlaşmamışıq və bütün problemlərimiz də burdan başlayıb. Mən sağlığımı təhlükə altına atıb övlad dünyaya gətirmək üçün ölümümə imza atan qadınam. Mən böyrək köçürmə əməliyyatından sonra ilk qadınam ki, övlad dünyaya gətirmişəm. Çox qadınların risqə getmədiyi şeyi mən etmişəm. Mən ailəmi qorumaq üçün hər risqə getmişdim"
 Qeyd edək ki, verlişin izləyicilərinin fikrincə bu açıqlama həm də Afaq Aslanın iddialarına bir cavabdır.


 Əntiqə Rəşid