adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Iyul 2021 14:11
25102
ŞOU-BİZNES
A- A+

Qəza törədib qaçan  Nigar Camal saxlanıldı: “Söz verirəm...”

  Bir neçə ay əvvəl Azərbaycana 2011-ci ildə "Avroviziya" qalibiyyəti bəxş edən cazibədar müğənni Nigar Camal fərqli bir paylaşımla gündəmə gəlmişdi. "Instagram" hesabında lüks avtomobilinin fotosunu paylaşmışdı.

 

Adalet.az xəbər verir ki, avtomobil qəzası törədən sənətçi idarə etdiyi avtomobillə iki gün öncə "28 May" metrosu yaxınlığında "Toyota Prius" markalı avtomobili vuraraq hadisə yerindən qaçıb.

Zərərçəkən sürücünün polisə müraciətindən sonra N.Camal saxlanılıb. Haqqında olan şikayəti haqlı sayaraq şikayətçinin avtomobilini təmir edəcəyinə söz verib.

Qeyd edək ki, şou biznes sahəsinin bir çox üzvləri avtomobil qəzaları keciriblər. Onlardan müğənni Nüşabə Ələsgərlinin, Rəqsanə İsmayılovanın, Səidə Sultanın, Rəhim Rəhimlinin, Elton Hüseynəliyevin və digərlərinin adını çəkmək olar.

Əntiqə Rəşid