adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Iyul 2021 12:03
34955
ŞOU-BİZNES
A- A+

Gəlinlik geyinib, ərə getmək istəyənlər: Ebru, Qonça, Aslı...

Türkiyə mətbuatından aldığımız məlumata görə Azərbaycanlılarında sevdiyi  müğənni Ebru Polat evlənməyə hazırlaşır. Müğənninin 8 ay birlikdə olduğu iş adamı Tolgahan Yıldız ona evlilik təklif edib.

Ebru Polatın oteldə baş tutan evlilik təklifinin hər anını "Instagram" hesabından paylaşması isə müzakirələrə səbəb olub.

Türkiyəli aktrisa Qonca Vuslateri  bu olayı görəndən sonra xəyallar qurmağa başlayıb ki, belə bir açıqlamailə diqqətləri öz üzərinə çəkib.

 

Adalet.az xəbər verir ki, aktrisa evlənmək istədiyini sanki hayqırıb:"Evlənmək, övlad sahibi olmaq istəyirəm. Tək ölüm arzulamıram. Ərimin əlini tutaraq ölmək istəyirəm. Öz uşağımdan başqa bir uşağa qoruyucu ailə olmaq istəyirəm".

Bizdən məsləhət: Əziz aktrisa xanım, iki arzunu birdən istəmə!Düşəri-düşməzi olar!Konkret olaraq ya ər istə, ya ölüm!

 

 Aktrisa Aslı Ənvər də ərə getmək eşqinə düşüb. Müğənni Murad Bozdan ayrıldıqdan sonra yeni sevgilisi ilə görüntülənən aktrisanın yanındakı şəxsin kimliyi maraq yaradıb.

 

O, sosial şəbəkələrdə sevgilisi ilə birgə yayılan fotolarıyla bağlı heç bir açıqlama verməsə də izləyiciləri həmin şəxsin Sarp Batur olduğunu aşkarlayıb.

Baturun əvvəlki evliliyindən bir qızı var. Bu səbəbdən cütlüyün aralarındakı münasibəti gizlətdiyi güman edilir.

Buna baxmayaraq sosial media istifadəçiləri "sarpaslibatur" və "assar" kimi haştaqlar yaradıblar.

 Xeyirli-uğurlu olsun!

 Əntiqə Rəşid