adalet.az header logo
  • Bakı 13°C
01 Iyul 2021 10:45
34911
ŞOU-BİZNES
A- A+

Müğənni nişanlısının fotosunu yaydı: Amma...

Xüsusi Təyinatlı Qüvvələrin giziri ilə nişanlanan Əməkdar artist Nigar Şabanova ötən həftə onun haqda material yayımlayan jurnalistə qarğış etmişdi. Qarğışa  səbəb isə  nişanlı cütlüyün ayrılması xəbəri olmuşdu.


Bir müddət əvvəl nişanlısı ilə ayrılması haqqında xəbər yayılan müğənni bunu təkzib etdi. O, sosial şəbəkə hesabından şəxsi həyatı ilə bağlı məlumatların paylaşılmasına sərt reaksiya verdi və hətta paylaşımında yazdı ki, insanların özəl həyatına girməyin:” Yetər artıq! Mənim özəl həyatımı paylaşan MTV telekanalının işçisi, səni bəlaya düşəsən, necə ki, məni bəlaya saldın. Allah səni yandırsın".
Amma o MTV jurmalistinin yerinə olsaydım deyərdim ki. sən ağzını açmasan, şəxsi həyatını gündəm etməsən məndə yazmaram.
 Adalet.az xəbər verir ki, müğənni nişanlısının işi ilə əlaqədar olaraq hələki onunla olan fotolarını paylaşmır. Lakin sənətçi sosial media hesabında nişanlısı ilə fotosunu paylaşaraq üzünü gizlədib. Onun paylaşımı izləyicilərin marağına səbəb olub.
 İndi sənin özəl həyatını özünmü yaymış oldun, biz jurnalistlərmi yaydıq? 
Həmin fotonu təqdim edirik:

 

Əntiqə Rəşid