adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Iyul 2021 09:52
36117
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: Həsrət qapısında düşüncələr...

 (" Bir qadına..." silsiləsindən)

Səhəri  açıram - səhər  biçimdə
Qəhəri  çəkirəm - qəhər   biçimdə 
Zəhər çölümdədi , zəhər - içimdə -
Həsrət  dadında...

Gecə  üyütdüyüm  yuxu  qovutdu ,
Göz  yaşım  gözümün  odun  soyutdu...
Ürəyim   özünə  düşmən   böyütdü -
Həsrət   adında...

Gündüzüm  anbaan   fikir   tağlayıb
Dünənə  saralmış  ümid   bağlayıb...
Gör  necə qoruyub ,  necə  saxlayıb -
Həsrət  yadında...

Ömrümdə  boşluq  var,  ruhumda   taran
Ovutmur  könlümü  nə dağ, nə ara ...
 Aşiqdə  gəzməyin - çiçəklər hər  an -
Həsrət  Qadında!..