adalet.az header logo
  • Bakı 20°C
30 Iyun 2021 14:19
64762
MƏDƏNİYYƏT
A- A+

Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparıldı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb.

Adalet.az xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib: "Bilirsiniz ki, atam ötən il insult keçirmişdi. Səhhətində hazırda ciddi problem yoxdur. Sadəcə növbəti müayinə və müalicə üçün gedib".

 

APA