adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
30 Iyun 2021 11:26
32210
ŞOU-BİZNES
A- A+

“Diva” yenə “təəccübləndirdi”: Hovuzda bikinili?


Azərbaycan şou-biznesinə açıq-saçıq geyimi, qeyri –adi açıqlamaları ilə yeni nəfəs gətirən  xalq artisti Aygün Kazımova yenə də öz ampulasındadır. 51 yaşlı müğənni çox vaxt səsi, mahnıları ilə deyil elə bu geyim tərzi və izləyicilərdə şok effekti yaradacaq açıqlamaları ilə gündəmdə qala bilib.

Ümumiyyətlə,  şou-biznesimizin bu günki  durumuna görə, bütün incəsənətsevərlər Aygün Kazımovaya borcludurlar! 


Nəhayət  bizim Aygün sosial media hesabındakı paylaşığıı yeni fotosu ilə izləyicilərini bu dəfə də “ŞOK” etməyi bacarıb..
Adalet.az xəbər verir ki, xalq artisti yeni fotosessiyasından "İnstagram" hesabında foto paylaşıb. Pələng dərisini xatırladan parçadan olan bikinili geyimdə hovuzdan çəkilən foto izləyicilər tərəfindən çox bəyənilərək xoş rəylər yazılıb. Onun paylaşımına çoxsaylı təəccüb smayliki də qoyulub.


 Qeyd edək ki, paylaşıma  “təəccüb” işarəsi (smayliki) qoyan izləyiciləri anlaya bilmədik. Elə də təəccüb edirlər ki, guya A. Kazımova ilk dəfədir ki,yarıçılpaq fotosunu  paylaşıb. Təəccüblənənlərə sual: Siz bu gözəl müğənnini nə vaxtsa, qapalı geyimdə gördünüz ki???


 Hovuzdan olan bikinili fotonu təqdim edirik:


Əntiqə Rəşid