adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Iyun 2021 12:59
26383
ŞOU-BİZNES
A- A+

Tünzalə Ağayevanın 9 min manatlıq geyimi - FOTO

Xalq artisti Tünzalə Ağayeva bahalı geyimi ilə diqqət çəkib.

Adalet.az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçinin “Versace” brendinə məxsus qara rəngli libasının qiyməti 4720 dollardır (təxminən 8016 AZN).

Hər zaman qlamur tərzi ilə göz oxşayan ifaçı bu geyimini qızıl rəngli hündür daban ayaqqabı ilə tamamlayıb.

Onun “Saint Laurent” markalı ayaq geyimi isə 1095 dollar (təxmini 1861 AZN) dəyərindədir. Xalq artistinin əynindəki libasın ümumi qiyməti 5815 dollar təşkil edib (təxminən 9877 AZN).

Tünzalə yeni geyimdə olan fotosunu şəxsi “Instagram” hesabında paylaşıb. Onun libası bahalı olması ilə yanaşı, dərin yarığı ilə də diqqət çəkib. Xalq artistinin bahalı və dərin yarıqlı geyimi müzakirələr yaradıb. Bu paylaşıma 5 mindən çox “like” gəlib, xeyli sayda insan şərh yazıb.