adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Iyun 2021 12:08
20528
İQTİSADİYYAT
A- A+

"Türkiyə-Azərbaycan qaz kəmərinin tikintisinə hazırlıq başa çatıb" - Nazir

Türkiyə ilə Azərbaycan arasında İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə hazırlıq işləri başa çatıb.

Adalet.az-ın məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib.

Nazir bildirib ki, hazırda Türkiyə bəzi texniki məlumatlarla əlaqədar Azərbaycan tərəfinin təsdiqini gözləyir:

"Bundan sonra qaz kəmərinin tikintisi başlanacaq. Marşrutun dəqiqləşdirilməsi və layihələndirmə üzrə işlərimiz başa çatıb".

Qeyd edək ki, 2020-ci il dekabrın 15-də Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəməri layihəsi ilə bağlı anlaşma memorandumu imzalayıb. Qaz kəmərinin buraxılış gücü ildə 500 milyon kubmetr təşkil edəcək.(trend)