adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
24 Iyun 2021 11:12
51014
MARAQLI
A- A+

Suisid, yoxsa...

McAfee antivirus təminatı proqramının yaradıcısı Con Makafi İspanya həbsxanasında asılı vəziyyətdə tapılıb. İspaniyanın "Pais" qəzeti, polisdəki mənbələrinə əsasən yazır ki, guya Makafi Sant - Esteve - Sesrivires munisipalitetinin həsxanasında özünə sui-qəsd edərək ölüb.

Qəzet Makafinin ölümü ilə bağlı hələ ötən ilin 15 oktyabrında Twitter səhifəsində yazdığı məlumatı diqqətə çatdıraraq bildirir ki, "O, həyatından razıdır, çoxlu dostları var və özünə qarşı sui-qəsd etmək fikiri yoxdur". Con həmçinin qeyd edir ki, əgər onu da amerksn həbsxanasında ölən amerikan maliyyəçi Ceffi Epşteynin taleyi gözləyirsə, "bu onun günahı" sayılmamalıdır.

Makafi ötən il ABŞ-ın sorğusu əsasında İspaniyada saxlanılıb. Amerkan hakimiyyətinin ittihamlarına görə biznesmen öz gəlirlərini başqalarının adına keçirməklə vergilərdən yayınıb.

İyun ayının ortalarında İspaniya Milli məhkəməsində ifadə verən Makafi ABŞ -ın ona qarşı ittihamlarını qəbul etmədiyini, bu ittihamların "siyasi xarakter" daşıdığını bildirib.

 

Rüstəm Hacıyev