adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Iyun 2021 09:42
21152
HADİSƏ
A- A+

Bərdədə evdə yanğın baş verib

Bərdə rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, rayonun Mirzəxan Qaraqoyunlu kəndində ümumi sahəsi 66 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.