adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Iyun 2021 16:04
17933
ANALİZ
A- A+

Ətraf mühit və iqlim dəyişmələri üzrə nazirlər görüşünün 3-cü sessiyası keçirilib

Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin Ətraf mühit və iqlim dəyişmələri üzrə nazirlər görüşünün onlayn formatda 3-cü sessiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Adalet.az-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd ətraf mühit və iqlim dəyişmələri sahəsində ötən dövr ərzində əldə olunmuş nailiyyətlərin qiymətləndirilməsi və növbəti illər üçün əsas prioritetlərin müzakirəsidir.

Görüşdə Azərbaycanı təmsil edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev iştirakçılara Azərbaycanda ətraf mühitin mühafizəsi, o cümlədən iqlim dəyişmələrinə təsirin azaldılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “ağıllı şəhər”, “ağıllı kənd”, təmiz texnologiyaların tətbiqi və “yaşıl enerji zonası”nın yaradılması vasitəsilə iqlim dəyişmələrinə təsirlərin azaldılması üçün yeni imkanların yarandığı barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Digər Xəbərlər