adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Iyun 2021 10:10
17841
İQTİSADİYYAT
A- A+

Qətərlə energetika sahəsinə investisiya imkanları müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Qətərin Azərbaycandakı səfiri Feysəl bin Abdullah Al Hinzabı qəbul edib.

Nazirlikdən verilən məlumata görə, görüşdə energetika sahəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Səfir “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatması və Azərbaycan təbii qazının Avropaya nəqlinin başlanması münasibətilə təbriklərini çatdırıb, bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmininə verdiyi töhfəni vurğulayıb.

Görüşdə enerji keçidi prosesində təbii qazın atmosferə daha az karbon emissiyası atması nəzərə alınaraq keçid yanacağı kimi vacib rolu qeyd olunub. İki ölkə arasında bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Hər iki sahə üzrə ölkəmizdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş işlər haqqında məlumat verilib. Energetika sektorunun inkişafına özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi istiqamətində addımların atıldığı və Qətər şirkətlərinin gələcəkdə ölkəmizdə bərpa olunan enerji sahəsi üzrə təşkil ediləcək hərraclarda iştiraka təşviq edilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.