adalet.az header logo
  • Bakı 20°C
17 Iyun 2021 10:55
22068
DÜNYA
A- A+

Tramp: "Sammitdə Rusiya qalib gəldi"

Cenevredə ABŞ və Rusiya prezidentləri Co Bayden - Putin gjörüşündən yeganə olaraq  Rusiya qalib çıxdı. Belə bir bəyanatla çıxlş edən ABŞ -ın eks prezidenti Donald Tramp, əlavə edib ki, Vaşinqton sammitdən heç nə qazanmadı, əksinə görüş Moskva  üçün  yaxşı alındı.

 "Biz heçnə əldə edə bilmədik, səhnəni Rusiyaya verdik..."- deyə Tramp Fox Newsə müsahibəsində bildirib. Eks prezident Birləşmiş Ştadtlar üçün  dayandırılması  çox vacib olan  "Şimal axını-2" layihəsini dayandıra bilmədiklərini dilə gətirib.
 

Donald Tramp hesab edir ki, sammitdən Rusita qalib çıxdı: " Bu gün, Rusiyanıb günü idi". Eks prezident bəyan efib ki, Rusiya -Amerika münasibətlərini "inanılmaz" etmək olardı. " Onlara iqtisadiyyat lazımdır, bizə isə onlarda olan minerallarla zəbgin qiymətli torpaqlar".
 

Bununla yanaşı Ağ Evin keçmiş rəhbəri Vladimir Putinlə yaxşı münasibətdə olmasına baxmayaraq, Rusiya ilə münasibətdə ən sərt mövqe tutduğunu bildirib.

Rüstəm Hacıyev