adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Iyun 2021 15:42
24017
DÜNYA
A- A+

Putin və Bayden arasında görüş başladı - VİDEO

İsveçrənin Cenevrə şəhərində Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasında görüş başlayıb.
Azvision.az bu barədə xarici KİV-lərə istinadla xəbər verir. Görüş dar formatda keçirilir. Daha sonra isə görüş geniş formatda davam edəcək.

Xatırladaq ki, prezidentlərin sammiti üçün təxminən beş saat vaxt nəzərdə tutulub. Ardınca mətbuat konfransı olacaq.

Kremlin mətbuat xidmətindən daha əvvəl bildirilib ki, liderlər ikitərəfli münasibətlərin vəziyyəti və gələcək inkişaf perspektivlərini, strateji sabitlik, Qarabağ da daxil olmaqla beynəlxalq gündəmdəki aktual məsələləri, pandemiyaya qarşı mübarizə, regional münaqişələri müzakirə edəcəklər.