adalet.az header logo
  • Bakı 20°C
14 Iyun 2021 14:54
14657
MƏMLƏKƏT
A- A+

Metroda problem yarandı, qatarların hərəkəti ləngidi

Bakı Metropolitenində qısamüddətli gərginlik düşməsi olub.

Bunu Adalet.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, nəticədə metronun "28 may" - "Gənclik" istiqamətində qatarların hərəkətində 30 saniyə gecikmə olub: "Gərginlik qəfil düşdüyündən həmin istiqamətdə tuneldə olan qatarın hərəkəti ləngiyib. Təxminən 30 saniyədən sonra gərginlik tənzimlənib və problem aradan qaldırılıb".

B.Məmmədov bildirib ki, hazırda qatarların hərəkət qrafikində gecikmə yoxdur, qrafik tam normal qaydasındadır.