adalet.az header logo
  • Bakı 19°C
12 Iyun 2021 13:47
100058
TEXNOLOGİYA
A- A+

"Nar" AVRO-2020-nin keçiriləcəyi ərazilərdə şəbəkə optimallaşdırma işlərini bitirib

“Nar” şirkəti UEFA AVRO-2020-nin paytaxtımızda baş tutacaq 4 oyunu ilə əlaqədar tamaşaçıların kəsintisiz və keyfiyyətli telekommunikasiya, internet və mobil xidmətlərlə təmin edilməsi məqsədilə şəbəkə infrastrukturunu optimallaşdırıb.

Bakı Olimpiya Stadionu və ətraf ərazilər, eləcə də komandaların təlim-məşq keçirəcəyi stadionlar və yerləşəcəyi otellərdə xidmət göstərən mobil baza stansiyalarının tutumları artırılıb, təkmilləşdirmə işləri görülüb.

Qeyd edək ki, fasiləsiz və dayanıqlı rabitənin təmin edilməsi məqsədilə mobil şəbəkə avadanlıqlarının və beynəlxalq rominq xidmətinin yoxlanılması işləri tamamlanıb. Oyunların keçiriləcəyi ərazilərdə 24/7 rejimində çalışacaq “Nar” əməkdaşları şəbəkəni tam nəzarətdə saxlamaq məqsədilə gücləndirilmiş rejimdə çalışacaq.