adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Iyun 2021 09:33
23933
DÜNYA
A- A+

Zelenskinin ABŞ-a səfərinin vaxtı açıqlandı

Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a rəsmi səfəri və Prezident Co Baydenlə görüşü iyulun sonlarına planlaşdırılıb.

Adalet.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Nazirin sözlərinə görə, səfər zamanı Zelenskinin Baydenlə, həmçinin digər rəsmilərlə görüşlər keçirməsi nəzərdə tutulub.

“Artıq səfər hazırlıqlarına başlanılıb. Mən də daxil olmaqla böyük bir heyətlə səfər edəcəyik”, - nazir əlavə edib.

Xatırladaq ki, iyunun 7-də Ukrayna Prezidenti ilə ABŞ lideri arasında telefon danışığı zamanı Bayden həmkarını Vaşinqtona dəvət edib.