adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

"Tanrını bizim ehtiraslarımız öldürdü" - deyən Nitsşe haqsız idimi? 

27850 | 2021-06-11 13:36

Ayşə Sucunun bu kiçik yazısını oxudum və dilimizə çevirib Allahdan gileylənənlərə, “O yoxdur”, “O öldü” deyənlərə ithaf etdim.

 

****

İnsan öz əlləriylə öz sonunu hazırlayarmı? Çörəyini, peyvəndini, suyunu, daşını, torpağını zəhərləyərmi? Təbiət sualın cavabını verir – qusaraq, daşaraq, silkələnərək…

Qoruyan, doyurdan varlığa qarşı insanın bu amansızlığı ağlasığmaz bir şeydir. Gələcəkdə bizi nələr gözləyir? Uşaqlarımız, nəvələrimiz necə bir dünyada yaşayacaqlar? Düşünmədən, baş verənlərə məhəl qoymadan hər şey yolundaymış kimi seyr edirik. Vəhşi kapitalizmin üç dəyəri isə başını alıb gedir: Həzz, sürət və istehlak. Özümü itirmiş milyonlar isə yaşantısından borc vermək istəmir. Suyunu içib atdığı şüşəni təbiətin həzm edə bilmədiyini başa düşmür, bilsə də vecinə almır. Plastik torbaları təkrar emal etmək üçün çoxlu suyun lazım olduğunu anlamır. Meşə yanğınları və ekoloji qətliam “vaay” deyəcəyi quraq günlərə hamilədir. Ölkəmizdə meşə yanğınlarının yüzdə doxsanı insandan qaynaqlanır. Meşə yanğını sualtı qaynaqların, müxtəlif növ heyvanların, bir çox ağac növünün də məhv olması deməkdir. Ağac əksəniz də yox etdiklərinizi yerinə qoya bilmirsiniz. Meşələri məhv edənlərin vecinədirmi? Bütün dünyada heyvan populyasiyalarında böyük azalma var. Qətliam bitkiləri də vurub, təbii yaşayış sahələrinin yox edilməsilə birlikdə sadəcə son 250 ildə 600-ə yaxın bitki növü təbiətlə vidalaşıb.

Artıq günümüzün insanı üçün ehtiyac yox, istək var! Digər tərəfdə Afrikada hər beş saniyədə bir uşaq aclıqdan ölür. Hər gün beş yaşlarında 800 uşaq susuzluqdan həyatını itiriri. UNİCEF-in hesabatına görə, su qaynaqlarının azalmasından dolayı 2040-cı ilə qədər dünyada 600 milyon uşaq ölüm, xəstəlik riski yaşayacaq. Dünyanın yarısı 2050-ci ildə kifayət edəcək qədər su qaynaqlarından məhrum qalacaq. İndi bu rəqəmlərə diqqət edin: Oxfam qurumunun hesabatına görə, sadəcə 2153 milyarder dünya əhalisinin yüzdə altmışını təşkil edən 4,6 milyar adamdan daha varlıdır. Dünya əhalisinin yüzdə biri geridə qalanlarından ikiqat daha varlıdır.

Bu kimi bərabərsizlik, ədalətsizlik, amansızlıq çox deyilmi dünyaya? Dünya bunun altından çıxa bilərmi?

Nə demişdi Nitsşe?

“Tanrı öldü, Tanrı öldü, onu öldürən bizik”.

Əslində böyük bir həqiqəti bağırırdı. İnsan öz mənafeyi, hirsi uğrunda onu yox saydı.

Bir universitetdə dərd deyərkən rahib və rahibənin qarşısında da eyni şeyi demişdi Nitsşe:

“İndi məntiqli düşünək, indi də eyni şey olmurmu? Öz nəfsimiz uğrunda öldürmürükmü Tanrını? Öldürmürmü idarə edənlər?”.

Yer üzü boşluq sevməz, boşluğu yer üzü Tanrıları doldurdu – diktatorlar, güc mərkəzləri, bəzi dövlətlər və s.

Yer üzü tanrılarının qul və kölə qazanma mübarizəsi bizi dünyanın axırına doğru aparır.

 

Dilimizə uyğunlaşdıran: Eminquey

 

TƏQVİM / ARXİV