adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Iyun 2021 12:19
22652
DÜNYA
A- A+

Rus hərbiçiləri minaya düşdü

Mərkəzi Afrika Respublikasının şimal-qərbində, Berberati və Buar şəhərlərinon arasında rus "yarım hərbiçiləri" (muzdlu əsgərlər) aparan maşın minaya düşüb. 
 

AFR agentliyinin məlumatına görə, hadisə nəticəsində üç rus muzdlusu və iki yerli polis əməkdaşı ölüb, bir neçə nəfər yaralanıb. Hadisə yerinə gələn rus vertalyotu yaralıları və ölənləri təxliyyə edib.
 

AFR agentliyi qeyd edir ki, Rusiya bu ölkədə müəyyən nüfuza malikdir. Rus hərbiçiləri Mərkəzi Afrika hərbiçilərinə təlim keçirlər. 2020-ci ildən başlayaraq rus hərbi kontingenti muzdlu yarımhərbiçilərinin hesabına genişlənməkdədir. 
 

Əslində bu yarımhərbiçi adlandırdıqları kontingent, "Putinin aşbazı" kimi tanınan Priqojinin rəhbərlik etdiyi, keçmiş rus ordusunun əsgər və zabitlərindən ibarət  məhşur  "Vaqner" muzdlu hərbi birləşmələrinin muzdlu əsgərləridir. Onlar guya  preziden Faustina Arçenc Touaderi qiyamçılardan qorumaq üçün ordadılar.
 

Çoxsaylı şahidlər və qeyri-hökumət təşkilatları da təsdiq edirlər ki, "rus hərbi məsləhətçiləri" əslində " "yeraltı" şəxsi "Vaqner" hərbi qrupunun üzvüləridir. Onlar Ruanda xüsusi təyinatlıları ilə birlikdə mərkəzi afrika qiyamçılarına qarşı mübarizə aparırlar. 
 Bir neçə il bundan əvvəl Rusiyalı jurnslist Orxan Camalın rəhbərlii ilə  "Vaqner" muzdlularının Mərkəzi Afrikadakı "fəaliyyətini" araşdırmaq üçün bu regiona gələn üç jurnalist müəmmalı şəkildə qətlə yetirildi. Bu qətllə bağlı Rusiyanın rəsmi orqanları müxtəlif versiyalar irəli sürsələr də, əslində jurnalistlərin qətlinin rusiyalı muzdlu əsgərlərin gizli fəaliyyətinin əsil mahiyyətinin açıqlanmasının qarşısının alınması üçün xüsusi xidmət orqanlarının həyata keçirdiyi barədə məlumatlarda yayılırdı. Bu cinayətin üstünün bu günədək açılmaması da müəyyən fikirlər yaratmaqdadır.

Rüstəm Hacıyev