adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Iyun 2021 11:50
22468
DÜNYA
A- A+

Belarusa qarşı saksiya bir il də uzadıldı

ABŞ prezidenti Co Bayden Belarusa qarşı 2006-cı ildən tədbiq olunan sansiyaların bir ildə uzadılması qərarını imzalayıb. Ağ Evdən bildiriblər ki, hər il uzadılan müddət  bu ilin 16 iyun tarixində bitir.
 

Xatırladırıq ki, sanksiyalar Belarusda insan hüquqlarının pozulması, siyasi repressiyalar və korrupsiya ilə bağlı tədbiq olunmuşdu. Belarus hakimiyyəti ABŞ-ın bu ittihamlarını qəbul etmir.

 Bu il sanksiyaların müddətinin uzadılması ilə yanaşı, Ryaniar aviaşirkətinə məxsus sərnişin təyyarəsinin zorla Minskə endirilməsi və jurnalist Roman Protaseviçin həbsi ətrafında yaranan qalmaqallara görə yeni sanksiyaların da tədbiq olunacağını istisna etmir. artıq 3 iyun tarixindən  Belarusun 9 şirkətinə qarşı dayandırılmış sanksiyalar yenidən qüvvəyə minib.

 Bekarusa qarşı 15 il ərzində tədbiq olunan sanksiyalar bu illər ərzində nisbətən yumşaldılsa da, 2020-ci prezident seçkilərindən sonra kəskin pisləşməyə başlayıb. Son qalmaqaldan sonra isə daha da sərtləşəcəyi gözlənilir.

 Amma görünən odur ki, Qərbin Lukaşenkoya qarşı "fəndləri" nəticəsiz qalmaqdadır.

Rüstəm Hacıyev