adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Iyun 2021 17:33
23726
DÜNYA
A- A+

Makrona insanların gözü qarşısında sillə vurdular - VİDEO

Fransa prezidenti Emmanuel Makronun Drom rayonuna səfəri zamanı insident baş verib.

Adalet.az “RİA Novosti”yə istinadən bildirir ki, dövlət başçısı meydanda onu gözləyən insanlara yaxınlaşıb və onlarla salamlaşmağa başlayıb.

Bu zaman bir kişi E.Makronun üzünə sillə vurub. Prezidentin mühafizəçiləri dərhal hadisəyə müdaxilə ediblər.

Mühafizəçilər E.Makronu hadisə yerindən uzaqlaşdırıblar. O, yenidən olay yerinə qayıtmaq istəyib. Amma mühafizəçilər buna imkan verməyib.

Hadisəyə görə iki nəfər saxlanılıb.