adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Iyun 2021 18:40
37036
KRİMİNAL
A- A+

Keçmiş məhkum cinayət başında tutuldu - FOTO

Lənkəran sakininin üzərindən 1 kiloqramdan artıq heroin aşkarlanıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Əskərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı əlindəki sellofan torbadan 1 kiloqram 455 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.