adalet.az header logo
  • Bakı 20°C
04 Iyun 2021 11:50
48038
KRİMİNAL
A- A+

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanıldı - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Polis Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Şəki şəhər sakini Ramiz Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin, metadon həbləri və elektron tərəzi aşkar olunaraq götürülüb.

Digər bir əməliyyat zamanı isə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Gərəkli kənd sakini Nicat Çobanoğlu saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman bostan bitkilərinin arasında əkib-becərdiyi çətənə kolları aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb.