adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Iyun 2021 10:31
28968
ŞOU-BİZNES
A- A+

Biabırçı fotoşopun  məşhur  qurbanları:  Azərbaycan şou nümayəndələridə bura daxildir 

 Texnologiya günbəgün inkişaf edir. Artıq fotoşop proqramları o qədər asanlaşıb ki, şəkillərə istənilən korrektəni etmək üçün professional olmağa ehtiyac yoxdur. Bundan sui-istifadə edən dünya ulduzları xüsusilə "İnstagram”da paylaşdıqları fotoların çoxuna əl gəzdirirlər. Rəqiblərindən daha gözəl, daha incə görünmək istəyən ulduzlardan kimi belini, kimi ayaqlarını incəldir, bəziləri də ombasını dikləşdirir. Üstəlik, bunu sadəcə artıq çəkidən əziyyət çəkənlər etmir. Beyons, hətta Miranda Kerr kimi ideal görkəmə sahib olanlar belə fotosopun imkanlarından yararlanır.


Gözəl və cazibədar görünməyin ən asan yolunu tapan ulduzlar ideal görkəmə qovuşmaq üçün özlərinə deyil, şəkillərinə əl gəzdirir, idmanla məşğul olmaqdansa, fotoşopla özlərini kəsib-biçməyə üstünlük verirlər.

Adalet.az xəbər verir ki, son günlər türkiyəli rəqqasə Asena İnstaqram hesabında etdiyi paylaşım ilə gündəmə gəlib. Güzgünün önündə şəkil çəkdirən rəqqasəni izləyicilər fotoşop etməkdə günahlandırıblar. Fotoda Asenanın üzünün aynadakı əksi ilə fərqli olması sənətçinin tənqid olunmasına səbəb olub.


Bu gün isə aparıcı Seren Serengil sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.Çimərlik geyimi markasının çəkilişləri üçün fotokamera qarşısına keçən aparıcı bikinili şəklini fotoşop edib. İzləyicilər fotoya “o biri ayağını unutmusan”, “robot kimisən”, “sağ ayaq soldakının yarısı olub” kimi şərhlər yazıblar.

Qeyd edək ki, Azərbaycanın şou-biznes nümayəndələri də zaman-zaman belə biabırcı fotoşoplarla gülüş hədəfinə çevrilmişdilər. Xalq artisti Nazpəri Dostəliyeva, Əməkdar artistlər Könül Kərimova, Nüşabə Ələsgərli, Gülüstan Əliyeva, Elza Seyidcahan, müğənnilər Nadir Qafarzadə, Rəqsanə İsmayılova, Nazənin, Xatirə İslam, aparıcılar Zemfira Adıgözəlova, Mətanət Əliverdiyeva, aktrisa Çimnaz Sultanova və başqalarının adını çəkə bilərik.


Əntiqə Rəşid