adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Kommuntalizm - Ege Cansen yazır

32208 | 2021-05-26 11:45

Tarixin fərqli zamanlarında baş verən hadisələri bir-birilə müqayisə etmək çətindir. Bunlar bir-birinə nə qədər bənzəyirsə bənzəsin, eyni şərtlər altında meydana gəlmədiyinə görə, hansının daha böyük olduğu doğru hesablana bilməz. Yenə də fikir adamları bəzi hadisələri “gəlib-getmiş hadisələrin ən böyüyü” deyə qələmə verməkdən çəkinməzlər.

Bu gün qələmə alacağım “Çinin 40 ildə gerçəkləşdirdiyi irəliləyiş” fenomeni mənə görə insanlıq tarixinin ən böyük “iqtisadi-siyasi” hadisəsidir. Çini yaxından tanıyan Qərb mütəfəkkirləri ona “yatan div” adını vermişdilər. Hətta “əl dəyməyin, yatsın, oyansa dünyanın altını üstünə çevirər” deyirdilər.

Bu sözləri ilk dəfə 60 il əvvəl eşitmişdim. Müəllimim Fuad Çobanoğlu Çinin hər sənaye sahəsi üçün ayrı idarəçi yetişdirməyə başladığını demişdi. Məsələn, universitetlərində “qida maddələri sənayəsi idarəçiliyi” deyə ayrıca bir ixtisas qurduqlarını anlatmışdı.

İqtisadın atası “əxlaq fəlsəfəsi professoru” Adam Smith həyatın özünü “laboratoriya” olaraq istifadə edib iqtisadi müşahidələr aparmış və millətlərin zənginliyinin iki faktordan qaynaqlandığını iddia etmişdi. Bunların birincisi “division of labour” (yəni əmək bölgüsü ilə ixtisaslaşma), ikincisi isə “invisible hand” (görünməz əl, yəni qiymətlərin sərbəst yaranması) demişdi.

BÖYÜK SİNTEZ

Çin eyni torpaqlarda 4000 ildir yaşayan köklü bir millətdir. Çinlilərin zehni və əl bacarıqları qədimdən bu yana həmişə yüksək olub. Kağızı, kompası, ipəyi, çinini və barıtı onlar tapıblar. Səbrli və çalışqan xalqdırlar.

Ancaq Avropada “Yunan-Roma-Alman” oxu üzərində yaranan fikri, əxlaqi, elmi, texnoloji və demokratik inkişafı göstərə bilmədilər. Çin böyük əhalisi və geniş torpaqları ilə hər mövzuda ixtisaslaşma imkanına sahib idi. Mao Ze Tunq (1893-1976) II Dünya Müharibəsindən sonar başlayan vətəndaş müharibəsində qalib gəlib Çində kommunizmi qurdu. 1978-ci ildə hakimiyyətə gələn Deng, Qərbin "sərbəst bazar sistemi" ni, bir sözlə, özəl mülkiyyətə əsaslanan təşəbbüskar kapitalizmi qurdu.

Yaponiyanın ixracat yönümlü sənayeləşməsini inkişaf modeli olaraq "cari artıqlıq" hədəfinə yönəltdilər. Bu ideoloji olaraq Rusiyadan qopmaq demək idi. Rusiya və Şərqi Avropa ölkələri 1990-cı il qədər sosializmdə dirəndi. Dirənişləri qırılan zaman çoxpartiyalı Qərb tipi demokratiya ilə kapitalizmə eyni anda keçmək istədilər, amma bacarmadılar. Çin isə “kommunizmlə kapitalizmi” sintez edərək “komuntalizm”i qurub tayı-bərabəri olmayan bir uğura imza atdı.

ÇİN DÜNYA ÜÇÜN TƏHDİDDİR, YOXSA FÜRSƏT?

Çin bu gün dünyanın ən böyük iqtisadiyyatıdır. Ən böyük istehsal mərkəzidir. “Çox istehsal edən, az istehlak edən”. Cari artıqlıqları sayəsində əllərində çox böyük bir finan kapital yaranıb. Rəqibləri ABŞ-la müqayisədə hərbi xərcləri azdır.

Əsas elmlərdə və mühəndislikdə ilk dörd ölkədən (ABŞ, Almaniya və Yaponiya) biridirilər. Çin dünyaya hərbi deyil, istehsal gücüylə hakim olmaq istəyir. Amerika dünyanın hər yerində hərbi bazalar tikdiyi, əsgər göndərdiyi halda, Çin dünyanın hər yerinə mühəndis və usta işçilər yollayır.

Dünyanın 100 yerində Konfutsi İnstitutu quran Şanxay Fudan Universiteti indi də 1,5 milyard dollar sərmayə yatırmaqla Macarıstanda Avropa kampını qurmağa qərar verib. Qərblilər bu “Çinin mədəni imperializmidir” deyirmiş.

Son söz: Qılınc haqqı getdi, elm haqqı gəldi!

 

Dilimizə uyğunlaşdıran: Eminquey

 

TƏQVİM / ARXİV