adalet.az header logo
  • Bakı 17°C
20 May 2021 08:11
54462
ŞOU-BİZNES
A- A+

Britaniyalı nazir Azərbaycana gəlir

Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri Qraham Stuart Azərbaycana səfərə gəlir.

Bu barədə Adalet.az-a Böyük Britaniyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, 20 may tarixindən başlayacaq səfərdə bərpa olunan enerji sektorundakı əməkdaşlıq imkanları müzakirə ediləcək və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, enerji keçidinə Birləşmiş Krallığın dəstəyi vurğulanacaq.

Bakıya üçgünlük səfərə gələn nazir Britaniya və Azərbaycan birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak edəcək.

Britaniyalı nazir Bakıda keçirəcəyi yüksək vəzifəli rəsmilərlə görüşləri çərçivəsində cari ilin noyabr ayında Qlazqoda keçiriləcək “COP26” İqlim Dəyişikliyi Konfransı ərəfəsində tullantıların azaldılması hədəfi sahəsində Azərbaycanın daha iddialı və “net zero” planını qəbul etmək üçün Britaniyaya qoşulmağa təşviq edəcək.

O, həmçinin iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanla gələcək əməkdaşlığı və bərpa olunan enerjiyə keçidi müzakirə etmək məqsədilə Enerji, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Ekologiya və Təbii Sərvətlər nazirləri ilə də görüşlər keçirəcək.

Bundan əlavə, nazir Azərbaycanda yeni yaradılmış Britaniya Ticarət və Sənaye Palatasının açılışında iştirak edəcək. Onun Təhsil naziri ilə də görüşü nəzərdə tutulub.