adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 May 2021 10:29
25843
HADİSƏ
A- A+

DSX əməkdaşlarının öldürülməsini Baş Prokurorluq araşdıracaq

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının öldürülməsi məsələsi ilə bağlı istintaq Baş Prokurorluq tərəfindən aparılacaq.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib.

O bildirib ki, DSX-nin əməkdaşlarının öldürülməsi, qanunsuz narkotik vasitələrinin ölkə ərazisinə keçirilməsi ilə bağlı cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun göstərişi əsasında qurumun İstintaq İdarəsinə həvalə edilib.(oxu.az)