adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
14 May 2021 11:33
39313
İDMAN
A- A+

"Fənərbağça" 7 futbolçusu ilə vidalaşır

Türkiyənin "Fənərbağça" klubunun mövsümün sonunda vidalaşacağı futbolçuların adına aydınlıq gəlib.

Adalet.az "NTV Spor"a istinadən xəbər verir ki, yeddi oyunçu İstanbul təmsilçisinin yeni mövsüm üçün planlarına daxil edilməyib.

Bunlar, Marsel Tisseran, Mbvana Samatta, Dieqo Perotti, Papiss Sisse, Sadık Çiftpınar, Maurisio Lemos və Filip Novakdır.

Klub Samatta, Tisseran, Lemos ve Novakın transferlərindən gəlir əldə etmək niyyətindədir.

Qeyd edək ki, "Fenerbağça" Türkiyə Super Liqasında sona bir tur qalmış 79 xalla 3-cü pillədə qərarlaşıb. Emre Belözoğlunun baş məşqçilik etdiyi komanda "Beşiktaş" və "Qalatasaray"dan iki xal geridədir.