adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 May 2021 11:27
23088
MƏMLƏKƏT
A- A+

İsmayıllıda qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb - FOTO

İsmayıllı sakinləri olan ana və oğul itkin düşüb. 

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, mayın 4-də İsmayıllı rayon sakini, 1997-ci il təvəllüdlü Arzu Ağazadə 5 yaşlı oğlu İbrahimlə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Məlumata görə,  Arzu Ağazadənin boyu 167 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara və sarıdır. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, yaşıl şalvar və ağ idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020) 285-11-89 şəhər və (050) 280-45-00(050) 205-60-26 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.