adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 May 2021 11:11
27871
İDMAN
A- A+

“Qarabağ” və “Neftçi” arasında gərgin yarış: Bu gün çempion bəlli ola bilər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 27-ci turunun qarşılaşmaları keçiriləcək.

Saat 17:00-da başlanacaq günün ilk qarşılaşmasında “Qəbələ” və “Sabah” münasibətlərə aydınlıq gətirəcək.

Saat 19:00-da isə çempionatımızın 27-ci turunun növbəti oyunları start götürəcək.

“Qarabağ” “Keşlə”ni, “Sumqayıt” “Neftçi”ni, “Zirə” isə “Səbail”i qəbul edəcək.

Çempionluq uğrunda gərgin mübarizənin getdiyi çempionatımızda bu gün qızıl medalların taleyinə aydınlıq gələ bilər. Belə ki, “Neftçi” “Sumqayıt”a məğlub olacağı, “Qarabağ” isə “Keşlə”ni məğlub edəcəyi halda Ağdam təmsilçisi növbəti dəfə Azərbaycan çempionu adına yiyələnəcək.

Həmçinin “Sumqayıt” “Neftçi”yə məğlub olacağı halda üçüncü pillədəki yerini itirə bilər. Belə ki, hazırda Sumqayıt təmsilçisi “Zirə”dən cəmi 1 xal öndədir.

Qeyd edək ki, hazırda Premyer Liqaya 54 xala malik “Qarabağ” liderlik edir, “Neftçi” 53 xalla ikinci, “Sumqayıt” 36 xalla üçüncü, “Zirə” isə 35 xalla dördüncü pillədədir.

Eyni xala (25) malik “Sabah” və “Qəbələ” müvafiq olaraq beşinci, altıncı pillələrdə qərarlaşıb. “Səbail” 24 xalla yeddinci, “Keşlə” isə 23 xalla sonuncudur.