adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 May 2021 10:53
26762
HADİSƏ
A- A+

Sürücü özbaşınalığı: 10 yaşlı uşaq piyada zolağında vuruldu

Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Məhəmmədi dairəsində, 2011-ci il təvəllüdlü Səfərli Rüqəyya Elməddin qızı piyadalar üçün nəzərdə tutulan zolaqdan keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona oturaq sümüyünün qapalı sınığı diaqnozu qoyulub, uşaq artıq şöbəyə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.